Azərbaycan sənayesinin davamlı iqtisadi inkişaf problemləri.
:: Tələbə forumu :: İqtisadiyyat
1 səhifə (Cəmi 1 səhifə)

Sənaye – ölkə iqtisadiyyatının inkişaf etmiş sahələrindən biridir. Bu vacib sahə özündə yanacaq və energetika, kimya, maşınqayırma, metallurgiya, yeyinti, yüngül və digər sənaye sahələrini birləşdirir. Bildiyiniz kimi Azərbaycan iqtisadiyyatı son üç-dörd ilə qədər demek olar ki, tam neft və qaz gəlirlərindən asılı vəziyyətdə idi. Dünyanın inkişaf etmiş ölkələrinin neft şirkətləri ilə bağlanan müqavilələr neft və qaz sənayesinin sürətlə inkişaf etməsinə təkan vermişdir.
Azərbaycanın təsdiq edilmiş karbohidrogen ehtiyatları – neft 6 mlrd. ton, qaz 4-5 trln kub metr qiymətləndirilir. “BP” ingilis neft şirkətinin hesablamalarına görə Azərbaycanın neft ehtiyatları indiki çıxarma tempi ilə 64 il davam edəcək. Gələcək nəsilləri neftdən məhrum etməmək üçün neft hasilatını minimum səviyyədə azaldıb, qeyri-neft sektorunu maksimum dərəcədə inkişaf etdirmək lazımdır. Bu gün Azərbaycanda neft sektorunun dinamik inkişafı qeyri-neft sahələrinin inkişafının daha da sürətləndirilməsi üçün möhkəm zəmin yaratmışdır. Qeyri-neft sektorunda yaradılan əlverişli investisiya mühiti, aparılan özəlləşdirmə prosesi və digər islahatlar 2008-2012-ci illər ərzində qeyri-neft sahələrinin daha intensiv inkişafını təmin edəcəkdir. Bunlarla yanaşı qeyri-neft sektorunun inkişafı istiqamətində aşağıdakı tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirilməlidir:
• Restrukturizasiya və özəlləşdirmə prosesinin sürətləndirilməsi;
• Satış bazarı olan və yenidən qurulması iqtisadi cəhətdən məqsədəuyğun olan sənaye müəssisələrinin fəaıiyyətinin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi;
• Müasir texnologiyalara əsaslanan sənaye müəssisələrində beynəlxalq standartların tətbiqinə keçidin sürətləndirilməsi;
• Azad rəqabət mühitinin inkişaf etdirilməsi;
• Investisiyaların təşviqi ilə bağlı tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi;
• Ənənəvi milli sənətkarlıq sahələrinin inkişafı;
• Elm tutumlu istehsalın inkişaf etdirilməsi məqsədilə tətbiqi elmlərin, müasir şəraitdə bazar konyunkturunun tələblərinə uyğun elmi-tətqiqat institutlarının maddi-texniki bazasının gücləndirilməsi.
Respublikamızın bir sıra sənaye sahələri vardır ki, onlardan səmərəli istifadə olunmur. Halbuki həmin sahələrin inkişaf etdirilməsi ölkə iqtisadiyyatının inkişafını daha da sürətləndirərdi. Bunlardan bir neşəsinə nəzər salaq.
Mineral-xammal bazalarının vəziyyəti və perspektivləri onun əsasında yüksək rentabelli dağ-mədən və emal müəssisələrinin yaradılmasını və intensiv inkişaf etdirilməsini təmin edir.
Azərbaycanda alüminium istehsalı Daşkəsən rayonundakı alunit yatağındakı sənaye ehtiyatlarının bazasına əsaslanır. Bu yatağın böyük ehtiyatları Gəncə alüminium zavodunu 40 ildən artıq bir müddətə xammalla təmin etmək iqtidarındadır.
Filizçay Avropada ən iri yataqlardan biri hesab edilir. Yatağın əsas qiymətli komponentləri mis, sink, qalay, gümüş, kükürd, qızıl, kobalt, hesab edilir. Filizçay yatağının sənaye ehtiyatları bazasında 50 ildən artıq müddət ərzində xammalla təmin edilə bilən yüksəkrentabelli dağ-metallurgiya kompleksinin yaradılması mümkündür.
Bildiyimiz kimi hal-hazırda Azərbaycan iqtisadiyyatına çoxlu sayda investisiyalar ayrılır. Fikrimcə investisiya siyasəti iki istiqamətdə aparılmalıdır:
1. Xarici və yerli investisiyanın ölkə iqtisadiyyatına yönəlməsi ilə nəticələnməlidir;
2. İnvestisiyanın iqtisadiyyatın bu gün zəif görünən sahələrinə-qeyri-neft sektoruna yönəlməsinə imkan verilməlidir.
Nəzərdə tutulan istiqamətlərdə siyasətin uğurlarını təmin etmək üçün bir sıra problemləri həll etmək lazımdır. Bunlardan bir neçəsinə nəzər yetirək.
Son zamanlar sahibkarlıqla bağlı qanunvericilikdə tez-tez dəyişikliklər baş verir.. Bunların bele tez-tez dəyişdirilməsi məqsədəuyğun deyil. Hər hansı bir sahibkar öz fəaliyyətini yeni qanuna əsasən nizamlayıb qurtarmamış, həmin qanun qanun qüvvədən düşür və yenisilə əvəz olunur. Bu zaman sahibkar bilmir ki, yeni qanuna uyğunlaşmaqla məşğul olsun, yoxsa şirkətin inkişafı ilə. Belə vəziyyətin yaranmaması üçün təkmil qanunlar qəbul edilməli, onların uzun müddət sabitliyinə nail olunmalıdır. Bununla yanaşı investisiya qoyulduqdan sonrakı dövr ərzində qanunla qəbul edilmiş ağırlaşdırıcı hallar bu investorlara tətbiq edilməməlidir, yaxud da uzun bir müddətdən sonra tətbiq edilməlidir.
Tənəzzülə uğramış dövlət müəssisələrini inkişaf etdirmək üçün dövlət mülkiyyəti özəlləşdirilməlidir. Özəlləşdirmə prosesində əsas sahibkarların və səhmdarların iştirakına edilən süni əngəllər aradan qaldırılmalıdır. Üfüqi və şaquli özəlləşdirmə prosesi sürətləndirilməlidir. Özəlləşdirilmiş müəssisələrin fəaliyyət göstərməsi üçün bütün imkanlar yaradılmalıdır (mövcud müəssisələrdəki avadanlıqların fiziki vəmənəvi köhnəlməsi prosesi gedir). Özəlləşdirmə açıq və şəffaf keçirilməlidir. Fond bazarları formalaşdırılmalı, səhmlər bu bazarlarda alınıb, satılmalıdır cek investisiya fondlarının fəaliyyəti genişləndirilməlidir. Özəlləşdirmə prosesində beynəlxalq təşkilatların müşahidə imkanları artırılmalıdır. Və nəhayət özəlləşdirmə prosesinə ümumi qiymət verilməli, buraxılan səhvlər araşdırılmalı, şikayətlərə baxılmalı, müvafiq tədbirlər görülməli və təkrar səhvlərə yol verilməməlidir.
Sənaye sahəsində islahatların və inkişafın effektliyini təmin etmək üçün sənaye islahatları optimal iqtisadi struktura uyğun şəkildə aparılmalıdır və sürətləndirilməlidir, bu prosesdə beynəlxalq iqtisadi qurumların müşahidəsi təmin edilməlidir, inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınmalıdır. Emal sənayesi daha perspektivlidir. Belə ki, bu sahədə az vəsait qoymaqla daha çox nəticəyə nail olmaq mümkündür. Bu bölmənin inkişafı xammal istehsal edən sahələrin inkişafına da təkan verəcəkdir. Sənaye müəssisələrinin modernləşdirilməsi üçün xüsusi siyasət işlənib, hazırlanmalıdır. Çünki, Azərbaycan sənaye müəssisələrindəki avadanlıqların və texnologiyaların əksəriyyəti həm fiziki, həm də mənəvi cəhətdən köhnəlmişdir. Bu avadanlıqlarla və texnologiyalarla ister dünya bazarında, istərsə də daxili bazarda rəqabətə tab gətirə biləcək məhsullar istehsal eymək mümkün deyil. Ona görə də yeni texnika və texnologiyaların öyrənilməsi və ölkəyə gətirilib, tətbiq olunmasına xüsusi diqqət yetirilməlidir. Sənayenin elə sahələri vardır ki, perspektivi olmadığına görə onlardan imtina etmək, bu sahələrin əvəzinə yenilərini inkişaf etdirmək lazımdır. Dövlətin xüsusi sənaye siyasəti olmalı, perspektivsiz hesab edilən sahələri özəlləşdirməklə onlardan imtina etməlidir. Yerli xammala əsaslanan sənaye emal müəssisələri (yüngül və yeyinti sənayesi) inkişaf etdirilməlidir. Kifayət qədər yerli xammal ehtiyatları olduğu halda, bir sıra sənaye məhsullarına olan daxili tələbat idxal hesabına ödənilir. Bu məhsulların ölkə daxilində istehsalının təşkili istiqamətində işlər aparılmalıdır. Şəkər, kağız, bitki yağları istehsal edən müəssisələrin inşası stimullaşdırılmalıdır. Bakı dəri zavodunun işini yenidən qurmaqla xeyli gəlir əldə etmək mümkündür (mənfəəti artırmaq, yeni işyerləri açmaq, büdcə ödənişlərini çoxaltmaq, dəri emal sənayesinin işini canlandırmaq və s.). Daha çox tənəzzülə uğramış sənaye sahələrinin işini canlandırmaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir (sənaye məhsullarına dövlət sifarişləri olmalıdır, bu sahədə dövlət sahibkarlığını inkişaf etdirmək lazımdır, sənayedə differensiallaşdırılmış vergi sistemi tətbiq edilməlidir, az inkişaf etmiş sahələrə daha çox güzəşt olunmalıdır, aşağı faizlə kreditlər verilməlidir və s.). Mövcud sərmayələr sənaye sahələri arasında vacibliyinə görə bölüşdürülməlidir. Və nəhayət sənaye məhsullarının ixracı stimullaşdırılmalıdır.
Sadaladığım bütün bu problemlər öz həllini tapsa, Azərbaycan iqtisadiyyatı eləcə də sənayesi davamlı inkişaf yoluna addım atmış olar.

Elnar- İsmarıc sayı : 1
Registration date : 23/12/08
Similar topics
» Azərbaycan və ÜTT
» Aərbaycanda fond (və ya maliyyə) bazarı necə inkişaf edə bilər?
» Sırf Türk mənşəli Azərbaycan adları bilirsinizmi? Yazın, bilməyənlər də bilsin.
» Aərbaycanda fond (və ya maliyyə) bazarı necə inkişaf edə bilər?
» Sırf Türk mənşəli Azərbaycan adları bilirsinizmi? Yazın, bilməyənlər də bilsin.
:: Tələbə forumu :: İqtisadiyyat
1 səhifə (Cəmi 1 səhifə)
Bu forumun msaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.